Gülnarə Kərimovanın "sağ əli" olan erməni tutuldu!

Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın yaxın ətrafından bir neçə nəfər saxlanılıb. Ölkənin baş prokurorluğunun yaydığı məlumata görə, saxlanılanlar arasında erməni əsilli Qayana Avakyan da var. Həmin şəxs, Gülnarə Kərimovanın vətəndaş nikahında olduğu Rüstəm Madumarov və Yekaterina Klyueva vergilərin ödənilməməsi və digər maliyyə cinayətlərində günahlandırılırlar.

APA TV-nin xəbərinə görə, yerli mətbuat Qayana Avakyanı Gülnarə Kərimovanın "sağ əli" adlandırır. Erməni əsilli qadının adı, həmçinin 2012-ci ildə çoxmilyonluq rüşvət qalmaqalında da çəkilib.

Xatırladaq ki, 2013-cü ilin payızından Özbəkistan prezidenti İslam Kərimovun varisi hesab edilən böyük qızı Gülnarə Kərimova qəzəbə tuş gəlib. Onun nəzarətində olan televiziya və radiokanal bağlanıb. Daha sonra ona məxsus butiklər, "Mədəniyyət və incəsənət forumu" Fondunun fəaliyyəti dayandırılıb. 

Müəllif | Apa.Tv