FHN işçilərinin Həmkarlar İttifaqı Təşkilatı yaradıldı

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı Təşkilatı təsis olunub. APA TV-nin xəbərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, təşkilat işçilərin sosial-iqtisadi problemlərinin həllinə, onların əməyinin və sağlamlığının mühafizəsinə, istirahətlərinin təşkilinə kömək göstərmək məqsədi ilə yaradılıb: "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həmkarlar təşkilatının konfransına 68 nəfər üzv olub və onlar bugünki konfransda iştirak edirlər".

 

Konfransda Həmkarlar İttifaqı Təşkilatının təsis olunması, nizamnaməsinin təsdiqi və qəbulu, rəhbər orqanların seçilməsi, barədə qərar qəbul edilib. Qərara əsasən, Mehman İsmayılov yekdilliklə təşkilatın sədri seçilib. Səttar Mehbalıyev nazirlik işçilərini təbrik edərək, həmkarlar ittifaqlarının işçilərinin  sosial hüquqlarının qorunması və həmkarlar ittifaqının mövqeyinin gücləndirilməsi üçün görülən işlərdən danışıb.

 

Müəllif | Apa.Tv