Qadınların KABUSU - HƏKİM RƏYİ
Son zamanlar xəstəliklərin sayı atmaqla yanaşı, xəstələr də cavanlaşıb. İndi cavanlar da xərçəng, müəyyən infeksion xəsətəliklər və şəkərli diabetə daha tez-tez tutulurlar. Qadınları isə ən çox narahat edən bir xətəlik var ki, bu da mastopatiyadır. Mastopatiya nədir? Ümumiyyətlə mastopatiya adında xəstəlik varmı? Həkim Ömər Arıkan APA TV-nin bununla bağlı suallarını cavablandırıb. Onun sözlərinə görə, mastopatiya əslində xəstəlik deyil: "Mastopatiya əvəzinə fibrotik, dənəvər strukturlu süd vəzisi terminindən istifadə etsək, daha doğru olar. Bu diaqnoz xəstəyə USM aparatında qalınlaşmış fibrotik nahiyələr göründükdə qoyulur".
Həkim əlavə edir ki, insanlarda süd vəzilərində kistanın olmasından gələcəkdə mütləq xərçəng törənəcəyi barədə fikir formalaşıb. Bu, yalnış fikirdir . Onun sözlərinə görə, döşdə elə xırda kistalar olur ki, onları dərmansız, əməliyyatsız müalicə etmək mümkündür: "Süd vəzilərində xırda kistalar ola bilər. Normada onların içindəki maye iynə ilə çəkilməlidir. Əgər bu edilsə, böyük ehtimalla, maye ora bir də toplanmayacaq. Belə kistaların əməlyyatla çıxarılması düzgün deyil".
Həkimin sözlərinə görə, süd vəzilərində olan kistaları , Azərbaycanda müxtəlif dərmanlarla, hətta əməlliyatla aradan qaldırmağa çalışırlar ki, bu da düzgün üsul deyil. Əməliyyat yalnız o vaxt edilə bilər ki, kistalar üçüncü dəfə də əmələ gəlsin: "Belə kistaların müalicəsi üçün heç bir dərman yoxdur. Şişləri yalnız böyüyüb normal süd vəzisinin yerini tutduqları təqdirdə çıxarmaq olar. Bütün qalan hallarda USM və mamoqrafi ilə müayinə edilməlidir".
Həkim bunu da əlavə edir ki, ailəsində xərçəng xəstəliyi olanlar daha tez-tez müayinədən keçməlidir: "Ailəsində süd vəzilərinin xərçəngi olan insanlara daha tez-tez müayinədən keçməlidirlər. Qalan hallarda 40 yaşına çatan hər qadının ildə bir dəfə yoxlamadan keçməsi kifayətdir"
Beləliklə, hər bir halda, xəstəliyin qarşısını almaq, vaxtında gərəkli tədbirlər görmək özümüzdən asılıdır. Həkimin dediyi kimi, ağır müalicə istəmiriksə, mütləq vaxtında müayinədən keçək.