Sürücü MAŞININDA YANIB ÖLDÜ

Saatlıda sürücünün ölümü ilə nəticələnən ağır yol-nəqliyat hadisəsi baş verib. Məmmədabad kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobil su kanalı üzərindəki körpünün beton arakəsməsinə çırpılıb. Qəza nəticəsində avtomobil yanıb. Nəticədə 31 yaşlı sürücü Əhmədov Elşən Telman oğlu aldığı yanıq və bədən xəsarətlərindən hadisə yerində ölüb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

 

APA TV-nin xəbərinə görə, saha bir yanğın Sabirabadda olub. Rayonun Kovlar kəndində 85 yaşlı Əsgərov  Sədullaya məxsus ümumi sahəsi 56 kv.m olan ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı