Şirkətin pulunu yedi, polisə qarət olunduğunu dedi
Sürücü işlədiyi şirkətin 140 manatını mənimsəyən şəxs polisə yalan ifadə verib. Nazim Məmmədov polisə müraciət edərək naməlum şəxslərin hücumuna məruz qaldığını deyib. "102" xidmətinə zəng edərək deyib ki, 1-i qadın olmaqla 2 nəfər sərnişinin maşınına əyləşib, onu arxadan bıçaqla hədələyib, pul tələb edib. O, özündə olan kəsici alətlə boğazı nahiyəsini də yaralayıb. Dindirmələr zamanı Məmmədovun hadisəni səhnələşdirdiyi bəlli olub. Təhqiqatçı Müqəddəs Xankişiyev deyib ki, bilərəkdən yalan ifadə verdiyinə görə, fakt üzrə CM-nin 296-cı maddəsi ilə cinayət işi başlanıb.
APA TV-nin xəbərinə görə, istintaqla müəyyən olunub ki, Məmmədov hadisəni səhnələşdirəndən sonra maşının acarını, qolundakı saatı dostuna verdikdən sonra polisə gəlib. Yazılı ifadəsində dostunun bu işdən xəbəri olmadığını, əşyaları ona saxlamağa verdiyini söyləyib.