“VAZ-2107” piyadanı ölümcül yaraladı

Fevralın 18-də axşam saatlarında Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, Elmar Abdulrəhmanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Şabran rayonunun Sicanboyad kənd sakini, 25 yaşlı Hüseynov Mahir Əlişah oğlunu vurub. Qəza nəticəsində piyada ağır bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Vəli Turan