Komitə sədri qəbul keçirdi
Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Salyanda Şirvan şəhəri, Salyan, Neftçala, Hacıqabul, Sabirabad və Saatlı rayonlarından olan bir qrup vətəndaşı qəbul edib. Görüşdə müraciət və təkliflər əsasən sosial-məişət xarakterli olub. İşlə təminat, erkən nigahlar,mənzil şəraitinin yaxşılaşdırılması, sosial müavinət, xəstəliklərin müalicəsi və digər məsələlərlə bağlı müraciətlərin bir qismi yerindəcə həll olunub.
APA TV-nin xəbərinə görə, Komitənin departament rəhbərlərinin də iştirak etdiyi görüşdə Hicran Hüseynova yerlərdə həlli mümkün olan təkliflərlə bağlı müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib.Komitənin səlahiyyətinə aid olmayan məsələr isə aidiyyatı orqanalara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.