Fransa prezidenti məscidə getdi
Fransa prezidenti Fransua Olland Parisdə məscidə gedib. O, Birinci Dünya müharibəsində həlak olan müsəlman əsgərlərin xatirəsini yad edib. Fransa prezidenti Fransa Müsəlmanları Şurasının sədri Dalil Bubaker müşayiət edib.
Fransua Olland bildirib ki, Fransa müsəlman əsgərlərə borcludur və onların axıdılan qanını unutmayacaq.
Fransua Olland prezident seçildikdən sonra keçən iki il ərzində Paris məscidində birinci dəfədir olur.
Fransa koloniyalarından 600 min müsəlman hərbçi Birinci Dünya müharibəsində iştirak edib. Onlardan 100 min nəfərə yaxını həlak olub.
Fransanın ən böyük müsəlman ibadətgahı olan Paris məscidi ötən əsrin 20-ci illərində inşa edilib.