Bakıda LAL-KAR QADIN AMANSIZLIQLA QƏTLƏ YETİRİLDİ - YENİLƏNİB

Suraxanı rayonu Bülbülə qəsəbəsində qətlə yetirilən qəsəbə sakini, 1946-cı il təvəllüdlü Gülnarə Ağayevanın bədənində kəsik xəsarətləri aşkarlanıb.

Qadın meyitini qonşular və nəvəsi 17 yaşlı Leyla İsrafilzadə yatdığı carpayıda tapılblar.

Bacısı Səmayə Qəhrəmanova APA TV-yə mərhumun lal-kar olduğunu deyib.

 

Mərhumla bərabər mənzildə daha 2 nəfər yaşayıb - qızı və nəvəsi. Hadisə yerində olan Suraxanı rayon prokurorluğunun ekspertləri və müstəntiqlər əl-barmaq izlərini götürüblər. Polis əməkdaşları evdən oğurlanan əşyaların dəqiq yerini mərhumun qızından öyrəniblər.

 

 

Mərhumun boğazında boğulma izləri də var. Onun boğularaq, ödürüldüyü də istisna edilmir. Ehtimala görə, hadisəni törədən şəxs və ya şəxslər Gülarə Ağayevanın eşitmə və danışma qabiliyyətinin olmadığını biliblər. Onlar hadisəni törətdikdən sonra pulu və dəyərli əşyalar oğurlayıb, evdən qaçıblar. Baş vermiş hadisə ilə bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb.  

***

10.33

Bakıda dəhşətli qətl törədilib. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1946-cı il təvəllüdlü Gülnarə Ağayeva (Qurbanova) yaşadığı evdə qətlə yetirilib. Qətli törədən şəxslər daha sonra evi qarət ediblər. Hadisə barədə polisə ilk məlumatı G. Ağayevanın nəvəsi, 17 yaşlı Leyla İsrafilzadə verib. Axşam evə gələn L. İsrafilzadə nənəsinin üzərində xəsarətlər olan meyitini və evin qarət olunduğunu görüb.  Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Baş vermiş hadisə ilə bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.  

Müəllif | Apa.Tv