BAKIDA YENİ YOL SALINIR
"Nəriman Nərimanov prospektindən Hüseyn Cavid parkı istiqamətində hərəkət edən avtomobillər 20 nömrəli məktəbin yanından keçmədən bir başa hərəkət edə biləcək. Bunun üçün sürücülərə daha rahat və alternativ yol təklif ediləcək".
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov APA TV-yə deyib ki, hazırda yeni yolun layihəsi üzərində iş aparılır. Nərimanov heykəlinin arxa hissəsindən yeni yolun salınması ilə bağlı ərazidə söküntü işlərinə start verilib: "Yeni yol Qurtqaşenli küçəsini kəsərək, Mikayıl Müşviq küçəsinin yuxarısından keçməklə Hüseyn Cavid parkının yanına, Vergilər Nazirliyinin qarşısına çıxır. Həmin yol çox əhəmiyyətli yoldur. Bu yol açıldıqdan sonra avtomobillər
Hüseyn Cavid parkına Nərimanov heykəlinin yanından istifadə etməklə birbaşa çıxacaqlar".
Yeni yolun çəkilşi zamanı bir sıra yeni tikilən çoxmərtəbəli binaların da sökülməsi gözlənilir.