Azərbaycan Müdafiə Nazirliyi: FƏTULLAH GÜLƏNLƏ BAĞLI XƏBƏRLƏR TƏXRİBATDIR

Azərbaycan Müdafiə Nazirliyi müxtəlif KİV və sosial şəbəkələrdə yayılmış nazir Zakir Həsənovun adının çəkildiyi audioyazıya münasibət bildirib. APA TV-nin xəbərinə görə, nazirliyin saytında yerləşdirilən açıqlamada bildirilir ki, müdafiə nazirinin adıçəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb. Nazirlik bunu təxribat kimi qiymətləndirir.

Həmin audioyazıda Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığında Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun vəzifəyə gəlməsindən danışılır. Mustafa Günay yaxın vaxtlarda Zakir Həsənovla görüşməyin məqsədəuyğun olmasını soruşur. Fətullah Gülən də Zakir Həsənova təbrik məktubu göndərdiyini deyir, onunla görüşməyin məqsədəuyğun olduğunu bildirir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı