Hava isinir - PROQNOZ
Yaxın iki gündə ölkədə hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Paytaxtda, eləcə də bölgələrdə mülayim cənub qərb küləyinin gündüz saatlarında arabir güclənəcəyi proqnozlaşdırılır.
ETSN-nin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə deyib ki, havanın temperaturu Bakıda və Abşeron yarmadasında günorta saatlarında 10-15- dərəcəyədək isti olacaq. Mərkəzi Aran rayonlarında günorta saatlarında temperaturun 2-3 dərəcəyədək yüksələcəyi gözlənilir. Günorta saatlarında 11-16 dərəcəyədək, dağlarda isə 7-12 dərəcəyədək isti müşahidə olunacaq.
İki gündə Abşeron yarmadasında arabir güclənən gilavar küləyinin üstünlüyü əksər metohəssas insanlarda diskomfort hissi yaradacaq.
almaz