Salyanda qətl: 39 yaşlı tanışını öldürdü
Salyan rayonunda həmyerlilər arasında düşən mübahisə qətllə nəticələnib.
Hadisə rayonun Qızılağac kənd icra nümayəndəliyinin Alçalı yaşayış məntəqəsində qeydə alınıb. Alçalı sakini, 44 yaşlı Şəmsəddin Əsədovla həmyerlisi, 39 yaşlı İlqar Nəzirov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Nəticədə Şəmsəddin Əsədov üzərində gəzdirdiyi bıçaqla İlqar Nəzirova 2 bıçaq zərbəsi vurub. Yaralı Salyan rayon mərkəzi xəstəxanasına aparılarkən yolda ölüb. Şəmsəddin Əsədov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. APA TV-nin xəbərinə görə, qətlin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Salyan rayon prokurorluğunda cinayət işi başlanıb.