Qubada yük maşını 24 YAŞLI QIZI VURUB ÖLDÜRDÜ
Qubada 24 yaşlı piyadanı maşın vurub öldürüb. Hadisə Quba-Qusar yolunun Xucbala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 21 yaşlı Ceyhun Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı yük maşını piyada 24 yaşlı Əfsanə Mirzəyevanı vurub. Nəticədə piyada aldığı xəsarətdən ölüb.
Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində də yol-nəqliyyat hadisəsi baş verib. Xaçmaz rayonu, Sudur kənd sakini 28 yaşlı Çingiz Süleymanovun idarə etdiyi 10 RE 724 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomaşın yoldan çıxaraq yolun kənarındakı dərəyə düşüb. Qəza nəticəsində maşında olan 3 nəfərdən biri – 27 yaşlı, Quba rayonunun Cimi kənd sakini Aqşin İsrafilov müxtəlif bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.