Lənkəranda 16 mənzilli ev yandı
Lənkəranda 16 mənzilli yaşayış evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, hadisə fevralın 19-da şəhərin Nizami küçəsi, 84 ünvanındakı kimərtəbəli binada qeydə alınıb. Yanğının lokallaşdırılması üçün hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Onların səyləri ilə yanğın söndürülüb, əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində 500 kvadratmetrlik yaşayış evinin çardaq hissəsi və dam örtütü 15 kvadratmetr ərazidə yanaraq, yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Hadisənin dəqiq səbəbləri ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.