UKRAYNADA QARŞIDURMA: antirerror əməliyyatı keçirilir

Kiyevdə qarşıdurma nəticəsində ölənlərin sayı artıb. Maydanın tibb xidmətinin rəhbəri Oleq Musiy mitinqçilər tərəfindən 27 nəfərin öldüyünü, 500-ə yaxın adamın yaralandığını bildirib. Səhiyyə Nazirliyi isə mitinqçilərdən yalnız 11 nəfərin öldüyünü təsdiqləyib. Ukrayna DİN-in saytında yerləşdirilən məlumata görə, toqquşmalar zamanı 7 asayiş keşikçisi ölüb.

 

APA TV xəbər verir ki, Kiyevin mərkəzində etiraz aksiyalarının radikal üzvləri İstiqlal meydanının yaxınlığındakı Teleradio Yayımı üzrə Milli Şuranın binasını ələ keçiriblər.

Ukraynada antiterror əməliyyatına başlandığı barədə məlumat verilib.

 

Prezident Viktor Yanukoviç isə müxalifət liderləri Arseniy Yatsenyuk (“Batkivşina”), Vitali Kliçko (UDAR) və Oleq Tyaqnibok (“Svoboda”) ilə görüşüb. Görüşdə ölkədə davam edən  sosial-siyasi böhran vəziyyətindən çıxış yolları müzakirə edilib.

Viktor Yanukoviçin müxalifət liderləri ilə görüşündə barışıq razılığı əldə olunub. Bunu “Batkişvina” fraksiyasının lideri Arseni Yatsenyuk görüşdən sonra bəyan edib.

 

Onun sözlərinə görə, tərəflər Ukraynadakı sosial-siyasi böhranın nizamlanması ətrafında danışıqlara başlamaq barədə qərar qəbul ediblər.

 

Müəllif | Apa.Tv