MARKETƏ ÇIRPILAN "JEEP" QAÇMAQ İSTƏYƏRKƏN qəza törətdi
Bakının Yasamal rayonu, Yeni Yasamal küçəsində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Yeni Yasamal-1 küçəsi ilə hərəkət edən "Jeep Grand Chrooke" markalı avtomaşının sürücüsü avtomobili əvvəlcə küçədəki marketə çırpıb. Daha sonra yol kənarında dayanan "Lada Priora"nı əzən "Jeep" in sürücüsü hadisə yerindən qaçmaq istəyib. Lakin ona işıq dirəyi mane olub. İşıq dirəyini əzən sürücü avtomobilin sağ qabaq təkərinin yerindən qopmasının fərqinə varmadan magistral yola çıxıb. Bu zaman idarəetməni itirən sürücü "Qazel" markalı yük maşınına çırpıldıqdan sonra dura bilib.
Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları sürücünün içkili olmasından şübhələndiklərindən onu içki testi məntəqəsinə aparıblar. Yararsız vəziyyətə düşən maşın isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb.
Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.