AĞDAŞDA 300 YAŞLI ÇİNARIN GÖVDƏSİNDƏ ÇAYXANA AÇILIB
Ağdaş rayonunda üç əsr yaşı olan çinar ağacı illərdir ki, hamının marağına səbəb olur. Türyançayın kənarında yerləşən və 10 metr diametri olan bu ağacı görənlər təəcüblərini gizlədə bilmirlər. Bu qocaman ağacı ən maraqlı edən məqam isə, onun gövdəsindəki çayxanadır. Ağacın içərisindəki çayxana nəinki yerli sakinlərin, hətta turistlərin də diqqətini cəlb edir.
Rayon sakinlərinin sözlərinə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında olan bu çinar ağacındakı çayxana yayda sərin, qışda isə isti olur. APA TV-nin xəbərinə görə, ağac maddi-mədəniyyət nümunəsi kimi dövlət tərəfindən mühafizə olunur. Keçmişdə bu ağacın gövdəsindən kiçik dükan, anbar və çayxana kimi istifadə edilib.