Yeniyetmələrin telefon davası: 16 YAŞLI OĞLAN BIÇAQLANDI
Masallıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Xırmandalı kəndi ərazisindəki mal-qara fermalarının birində qeydə alınıb. Yardımlı rayonunun Əngövül kənd sakini, 1997-ci il təvəllüdlü Vüqar Əliağa oğlu Mehdiyev şəxsi münaqişə zəminində Masallının Xırmandalı kənd sakini, 1998-ci il təvəllüdlü Bahəddin Ələddin oğlu Bağırovu bıçaqlayıb. Qarın nahiyəsindən yara alan Bahəddin Bağırov dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Polis hadisəni törətməkdə şübhəli bilinən Vüqar Mehdiyevi saxlayaraq istintaq orqanlarına təhvil verib.
Saxlanılan Vüqar Mehdiyev, Bahəddin Bağırov arasında yaranan mübahisənin adi məişət zəminində, yəni bir telefondan digərinə mahnı yükləmək üstündə baş verdiyini bildirib .
APA TV-nin xəbərinə görə, faktla bağlı Masallı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.