Moskvada 78 yaşlı azərbaycanlı fırıldaqçılığa görə tutuldu

 

Moskvada fırıldaqçılıqla məşğul olan 78 yaşlı azərbaycanlı saxlanılıb. Azərbaycan vətəndaşı moskvalı sahibkardan şəhərin mərkəzindəki iki mənzilinin mülkiyyət hüququnu ona verməsini tələb edib. Əks halda otel kompleksi tikintisi ilə məşğul olan bu biznesmeni işinə ciddi problem yaradacağı ilə hədələyib.

Polis 78 yaşlı azərbaycanlını mənzillərin alqı-satqısı zamanı saxlayıb. Fırıldaqçı polis əməkdaşlarını dövlət orqanlarındakı yüksək vəzifəli şəxslərlə hədələyib. Lakin daha sonra onun məmurlarla hər hansı əlaqəsinin olması təsdiqini tapmayıb.

APA TV-nin xəbərinə görə, təhqiqat zamanı soyğunçunun mütəşəkkil cinayətkar dəstənin tərkibində fəaliyyət göstərdiyi məlum olub. 

Müəllif | Apa.Tv