Yaponiyanın Ermənitana tank daşıyıcısı satdığı təsdiqləndi

Ermənistanın Yaponiyanın «Toyota» şirkətlər qrupuna daxil olan «Hino» şirkətindən aldığı tank daşıyıcılarının yeni görüntüləri yayılıb. Sosial şəbəkələrdə  yayılan «Hino» istehsalı olan tank daşıyıcılarının fotoları Ermənistanın «Birinci kanalı»ndan götürülüb. Tank daşıyıcıları Ermənistan Ordusuna məxsus kamuflyaj olunub. Bu fotoların tank daşıyıcılarının Ermənistan ərazisindəki hərbi hissələrin birində manevrlər zamanı çəkildiyi qeyd olunur.

2012-ci ildə rusiyalı hərbi jurnalistlərdən birinin Dağlıq Qarabağdan hazırladığı fotosessiyada separatçı «ordu»nun «Hino» tank daşıyıcılarından istifadə etdiyi əks olunmuşdu. Lakin istehsalçı şirkət nə Ermənistana, nə də Dağlıq Qarabağa bu texnikaları satmadığını bəyan edərək bundan xəbərsiz olduğunu açıqlayıb.

Yaponiya münaqişə olan ölkələrə, o cümlədən Azərbaycan və Ermənistana hərbi texnika satmadığını bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv