Boyük Britaniyanın Azərbaycandakı səfirliyi viza şöbəsini bağlayır
Boyük Britaniyanın Azərbaycandakı səfirliyi viza şöbəsini bağlayır. APA TV-nin xəbərinə görə, diplomatik nümayəndəliyinin rəsmi "facebook" səfirliyində yazılan məlumata görə, aprelin 1-dən Britaniya vizası üçün müraciətlər səfirlikdə deyil, Bakının mərkəzində yerləşəcək özəl şirkətdə qəbul olunacaq. Məlumata əsasən, prosedur qaydalarında heç bir dəyişiklik olmayacaq. Müraciət və vizanın verilməsi qaydası əvvəlki kimi olacaq. Sadəcə müraciətlər səfirliyə yox, şirkətə ediləcək.
Ətraflı məlumat bu yaxınlarda qurumun internet səhifəsində yerləşdiriləcək.