Şəkidə yaşayış evi yandı
Şəkidə yaşayış evində yanğın baş verib. APA TV-nin məlumata görə, hadisə Baş Layısqı kəndində, Yasin Rəhimova məxsus ümumi sahəsi 64 kvadratmetr olan 1 mərtəbəli yaşayış evində olub. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yangindan Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində otaqlardan birinin 9 kvadratmetrlik tavan, 3 kvadratmetr çardaq hissəsi, evdəki əşyaların isə bir qismi yanıb. Yanğının digər otaqlara keçməsinin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb. İlkin ehtimala görə, yanğına evdə olan elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Fakla bağlı FHN-nin Şəki rayon DYMX-ə araşdırma aparılır.