TÜRKİYƏDƏN ERMƏNİSTANA VİZA JESTİ

Türkiyə Ermənistan vətəndaşlarına viza vermə qaydasını təsdiqləyib. Ölkənin Nazirlər Kabinetinin rəsmi orqanı "Rəsmi Gazete" Türkiyə sərhədini keçərkən viza ala biləcək dünyanın 89 ölkəsinin adını açıqlayıb. Bu siyahıda Ermənistanın adı da var. Sərhəddə veriləcək vizalar ölkələrə görə 30, 60 və 90 gün müddətində müəyyən ediləcək.

90 Günlük viza ABŞ, Avstraliya, Belçika Birləşmiş Ərəb Əmirlikləri, Hollandiya, İspaniya, Kanada, Macarıstan, Meksika daxil olmaqla 32 ölkə vətəndaşlarına veriləcək. Ermənistan vətəndaşları 30 günlük viza ala biləcəklər.

Bu vaxta kimi Türkiyə Ermənistan vətəndaşlarına 30 günlük multi viza imkanı yaradıb.

APA TV xəbər verir ki, Belarusa vətəndaşları isə Türkiyə sərhədində 60 günlük viza veriləcək.  

Müəllif | Apa.Tv