BDU-nun tələbələri aksiya keçirdilər

Bakı Dövlət Universitetində imtahan kəsirlərinə görə pullu ödənişlərin məbləğinin artırılması etiraz edən tələbələrin aksiya keçiriblər.

 

APA TV-nin xəbərinə görə, BDU-nun rektoru Abel Məhərrəmov tələbələrin qarşısına çıxaraq bildirib ki, fevralın 21-də universitetdə onlarla görüşəcək. Görüşdə tələbələrin fikirləri dinləniləcək. “İştirak etmək və əlavə məlumat almaq istəyən bütün jurnalistlər də həmin görüşdə iştirak edə bilərlər”, - deyə rektor bildirib.

BDU-nun Mətbuat və informasiya şöbəsi olayla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, bir neçə gün əvvəl “facebook” sosial şəbəkəsində bir qrup tələbə Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəmələri ilə bağlı etiraz  aksiyası keçirmək məqsədilə çağırış edib. “Bununla əlaqədar BDU-da izahat işləri aparılıb, bu qərarın şərhi ilə əlaqədar mətbuatda məlumatlar verilib. Buna baxmayaraq, Bakı şəhərindəki müxtəlif təhsil müəssisələrinin bəzi tələbələri və əksəriyyəti ümumiyyətlə tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri universitet qarşısında aksiya keçirməyə cəhdi ediblər. BDU tələbələrinin bir hissəsi isə etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub".

 

Qeyd olunub ki, fevralın 21-də Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü planlaşdırılıb.

 

Müəllif | Apa.Tv