Bakıda dələduz qadın vətəndaşların 21 min manatını mənimsədi

Bakıda dələduzluqda şübhəli bilinən qadın həbs edilib. Binəqədi rayon Polis İdarəsinin əməkdaşı Kənan Abışovun  APA TV-yə verdiyi məlumata görə, Lacın rayon sakini İlhamə Xəlilova 2013-cü ilin mart-noyabr aylarında vətəndaşları aldadaraq, onlara vaxtından əvvəl təqaüdə çıxmaları barədə arayış düzəldib, kartla təmin edəcəyinə söz verib. Bunun müqabilində Bakı sakinləri Əzizə Hətəmovadan 3830 manat, Mahir Fərzəliyevdən 6650 manat, Məhəbbət İsmayılovadan 7000 manat, Əminə Məhərrəmovadan 4500 manat və Rəna Yusifovadan 2000 manat alıb. 

İlhamə Xəlilova bildirib ki, onun düzəltdiyi sənədlə vətəndaşlar azı 300 manat təqaüd alacaqlar. İlhamə Xəlilova Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. 

Müəllif | Apa.Tv