Müəllimlər İnstitutunun FİLİAL DİREKTORUNUN EVİ YANDI
Qazax rayonu Daş Salahlı kəndində İsa Veyisova məxsus ikimərtəbəli 10 otaqlı evdə yanğın baş verib. Ümumi sahəsi 450 kv.m olan evin 225 kv.m hissəsi tamamilə yanıb. Alov o qədər güclü olub ki, ikinci mərtəbə əşyaları ilə birgə kül olub. Hadisə yerinə gələn Qazax Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və avtomobilləri alovun qonşu evlərə keçməsinin qarşısını ala bilib.
APA TV-nin qonşular bildirib ki, hadisə zamanı evdə heç kim olmayıb.
Ev sahibi İsa Veyisov Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktoru olub. O bir neçə aydır, Daş Salahlı kəndindəki mənzilində yaşamır.