Prezident İlham Əliyev Qazaxıstanın spikeri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev fevralın 20-də Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Bu yaxınlarda Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə Soçidəki görüşünü xatırladan prezident əməkdaşlığımızın daha da möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edib.

Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin ili ölkə arasındakı əlaqələrin hazırda daha da genişləndirilməsində dövlət başçılarının səmimi dostluq münasibətlərinin önəmini vurğulayıb.

 

Prezidenti İlham Əliyev fevralın 20-də həmçinin Bolqarıstanın baş naziri Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Təkbətək keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda genişləndirilməsinin önəmi vurğulanıb. Sonra görüş nümayəndə heyətinin iştirakı ilə davam etdirilib. Prezident İlham Əliyev Azərbaycanın və Bolqarıstanın tərəfdaş ölkələr kimi nəhəng regional infrastruktur layihəsinin reallaşdırılması istiqamətdə birgə fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib.

Baş nazir Plamen Oreşarski Bolqarıstan ilə Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu və energetika sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv