Qaxda fındıq bağı yandı

Qaxda fındıq bağında yanğın olub. Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, rayonun Qaşqaçay kəndinin inzibati ərazisində, sakinlərə məxsus 100 hektarlıq fındıq bağında nəməlum səbəbdən yanğın qeydə alınıb. Hadisə yerinə FHN-nin Qax rayon DYMX-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək fındıq kollarına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 2 hektarlıq ərazidə kol-kos və bir-neçə fındıq kolu yanıb.

 

Faktla bağlı FHN-nin Qax rayon DYMX-də araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov