Suriya-Türkiyə sərhədində partlayış: 24 ÖLÜ, 46 YARALI

Suriyanın Türkiyə ilə sərhədindəki Əssəlamə keçid məntəqəsi yaxınlığında güclü partlayış baş verib. APA TV-nin məlumata görə, hadisə nəticəsində azı 24 nəfər ölüb.

 

Partlayışdan sonra Türkiyənin Kilis şəhərinə 46 yaralı gətirib. Yaralıların hamısı Suriya vətəndaşıdır. Partlayış Hələb şəhəri də daxil olmaqla, Suriyanın müxtəlif bölgələrindən Türkiyəyə qaçmaq istəyənləri daşıyan avtobusun yaxınlığında törədilib. Terror aktı partlayıdı quraşdırılmış avtomobil vasitəsilə törədilib.

 

Hadisənin "Əl Qaidə" ilə bağlılığı olan İraq və Levaanta İslam Dövləti terror təşkilatı tərəfindən törədildiyi güman edilir. Bu qruplaşma bölgəni tam nəzarəti altına almağa çalışır və Azad Suriya Ordusu ilə qruplaşmanın silahlıları arasında tez-tez toqquşmalar baş verir.

Müəllif | Apa.Tv
Apa.tv