Kürdəmirdə “VAZ 2106” “KamAZ”ın altına girdi: 2 ÖLÜ

Kürdəmir rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 170-ci kilometrliyində, Kürdəmirin Sığırlı kəndi ərazisində qeydə alınıb. 10-CS-178 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını qarşı tərəfdən gələn 24-BD-936 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində “VAZ 2106” nın sürücüsü Rasim Cəfərov və sərnişini Dilan İsmayılov dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov