Bakının mərkəzində su borusu partladı: KÜÇƏLƏRİ SU BASDI
Bakıda su borusunun partlaması nəticəsində bir neçə küçəni su basıb.
Nazim Əliyev küçəsi ilə Xocalı prospektinin kəsişməsində su xətti partlayıb və ətrafda gölməçələr yaranıb.
Hadisə yerinə "Azərsu" ASC-nin xidməti əməkdaşları cəlb olunub. Qurumun baş texnoloqunun müavini Zahid Qasımov APA TV-yə bildirib ki, partlamış su xətti köhnədir. Hadisə də elə bu səbəbdən baş verib: "Kanalzasiya xətləri və su xətləri hamısı yenilənir. Artıq məişətdə lazım olan suyun təyziqi təmin olunur. Təyziq təmin olunduqca, köhnə xətlərdə qəza vəziyyəti yaranır. Qəza vəziyyəti yaranan kimi operativ reaksiya göstərildi. Texnika çağırılıb, qısa müddətdə nasazlıq aradan qaldırılacaq".