Bakıda VƏZİFƏLİ ŞƏXS ÖZÜNÜ KABİNETİNDƏ ASIB
Bakı şəhərinin Səbail rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İçərişəhərdə, Asəf Zeynallı küçəsi 37 ünvanında yerləşən “Caspian Geology” şirkətinin baş ofisində 61 yaşlı Saleh Əliyev özünü xidməti otağında asaraq, intihar edib. Saleh Əliyevin asılı vəziyyətdə qalmış meyitini şirkətin əməkdaşları aşkarlayıblar.
Qeyd edək ki, intihar edən şəxs Suraxanı rayon Yeni Günəşli qəsəbəsi V yaşayış massivində yaşayıb. O yuxarıda qeyd edilən şirkətin əməkdaşı olub.