BAKIDA 52 OBYEKTİ QARƏT EDƏN UŞAQLAR YAXALANDI
Binəqədi polisi yeniyetmələrdən ibarət dəstəni zərərsizləşdirib. APA TV-nin xəbərinə görə, onlar Bakının müxtəlif rayonlarında 52 iaşə obyekti, mağaza, qadın salonu yalyuta dəyişmə məntəqəsi, qəzet koşkünü qarət ediblər.
Dəstəyə rəhbərlik edən Q.S-un 11 yaşı var. Ağdaş rayonundan olan bu uşaq 6 aydır, Bakıda kirayə yaşayır. Dəstənin diğər üzvü Şahmurad Xudaverdiyevin sözlərinə görə, oğurluqlardan əldə edilən "qazanc" hər zaman aralarında bölünüb.
İbtidai araşdırma zamanı məlum olub ki, oğurluqlar əsasən, səhər saatlarında həyata keçirilib.