Ukraynada bir AZƏRBAYCANLI İTKİN DÜŞÜB, BİRİ İSƏ YARALANIB

Kiyevdə Maydan yaxınlığında İnstitutsk küçəsində yenidən atışma başlayıb. APA TV xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açaraq, Ali Radanın binasına doğru hərəkət etməyə cəhd ediblər. Hazırda atışma davam edir. İtkilərlə bağlı məlumat hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.                  

 

Azərbaycanın Ukraynadakı səfirliyinin 1-ci katibi Asim Osmanov APA-ya  daha öncə baş vermiş hadisələrdə Anar Rzayev adlı azərbaycanlının xəsarət aldığını bildirib. Dnepropetrovsk vilayətinin Krivoy-Roq şəhər sakini olan 24 yaşlı gənc qarşıdurma zamanı dəyənəklə döyülüb və ağır xəsarət alıb. O, ilkin tibbi yardım aldıqdan sonra ev şəraitində müalicə olunur və hazırda vəziyyəti yaxşıdır.

 

Səfirlik Maydanda Ukrayna vətəndaşı, azərbaycanlı Teymur Mustafayevin itkin düşməsindən xəbərdardır və səlahiyyətləri çərçivəsində lazımı addımlar atır.

 

Diplomatik nümayəndəlik baş verən hadisələrlə bağlı bu ölkədə yaşayan azərbaycanlılara paytaxt Kiyevə gəlməməyi, paytaxtda yaşayanlara isə şəhərin mərkəzində qarşıdurma olan yerlərə çıxmağı tövsiyə edib.

 

Bu arada Ermənistanda bir qrup fəal Spitak şəhərində Ukrayna prezidenti Viktor Yanukoviçin adını daşıyan küçəyə Kiyev hadisələrində həyatını itirmiş Sergey Niqoyanın adını veriblər.  

Müəllif | Apa.Tv