Bərdədə güclü yanğın, 2 NƏFƏR ZƏHƏRLƏNDİ

Bərdə rayonun Şirvanlı  kəndində, yaşayış evində yangın baş verib. APA TV xəbər verir ki, küləkli hava şəraiti alovun sürətlə yayılmasına səbəb olub. Kənd sakini  Fəvvarə Bagırovaya məxsus dörd otaqdan ibarət birmərtəbəli evdə güclü yangın qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yangınsöndürən briqadası cəlb olunub. Alovun qonşu binalara keçirməsinin  qarşısı alınıb. Hadisə zamanı yanıq xəsarətləri alan olmasa da, iki nəfər - Faiq Əliyev və Emin İsmayılov zəhərlənərək, xəstəxanaya yerləşdirilib. Yanğının səbəbləri dəqiq bilinmir. İlkin ehtimala görə, elektrik naqillərində baş verən qısaqapanma yanğına səbəb olub.

 

Müəllif | Apa.Tv