Nazirlər vətəndaşları qəbul etdilər
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev fevralın 21-də Qobustan rayonunda vətəndaşları qəbul edib. Nazir qəbul zamanı Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Qəbula gələn vətəndaşların əsas müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, sosial, işədüzəlmə və digər məsələlər barədə olub.
APA TV-nin xəbərinə görə, vergilər naziri Fazil Məmmədov isə Mingəçevirdə vətəndaşları qəbul edib. Qəbul zamanı nazir Mingəçevir şəhərindən, Yevlax və Goranboy rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Qəbula gələn vətəndaşların əsas müraciətləri vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda 50-yə yaxın vətəndaş iştirak edib.