Əbülfəs Qarayev: "Qiymətlərin artmasına imkan vermədik"
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xaçmaz şəhərində vətəndaşları qəbul edib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəbulda Xaçmaz şəhərindən, Quba, Qusar,Şabran və Siyəzən rayonlarının sakinləri iştirak edib. Mədəniyyət sahəsində işin təkminləşdiriliməsi barədə təkliflər səsləndirilib, turizmin inkişafı ilə bağlı problemlər qaldırılıb. Nazir deyib ki, Azərbaycan vətəndaşlarının alıcılıq qabiliyyətini nəzərə alaraq, turizm sahəsində qiymətlərin tənzimlənməsi lazımdır: "Təxminən iki il müddətində 2013 və 2012-ci illərdə biz qiymətlərin artırılmasına imkan vermədik. Hətta üç il öncə məsələ qalxanda, biz qiymətlərin 20 faiz aşağı düşməsinə nail olduq. Bu siyasət davam edəcək. Qiymətlərin enməsi rəqabətin və xidmətin səviyyəsindən asılıdır. Nə qədər ki, rəqabətə davamlı olacaq təşkilatlar olacaq, o zaman qiymətlər də aşağı düşəcək”.
Müraciətlərdə yerlərdə musiqi və incəsənət məktəblərində xüsusiləşdirilmiş ustad dərslərinin keçirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması və s. məsələlər yer alıb.