“Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır”
Zaqatalada “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda konfrans keçirilib. APA TV-nin xəbərinə görə, tədbiri giriş sözü ilə açan Zaqatala Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması və bölücülüyü təbliğ edən zərərli meyllərin qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, ölkəmizdə insan hüquq və azadlığının qorunması beynəlxalq hüquq normalarına tam cavab verir.
Konfransda qeyd edilib ki, dövlət və dini qurumlar arasındakı münasibətlər "Dini etiqad azadlığı haqqında" qanun və digər normativ-hüquqi aktlar ilə tənzimlənir. Radikal yönümlü təriqətlərin və ayrı-ayrı şəxslər tərəfindən ictimai-siyasi sabitliyin pozulması kimi cəhdlərin qarşısının alınması məqsədilə hələ 2009-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanaraq icraya yönəldilib.
Konfrans mövzu ətrafında ətraflı fikir mübadiləsi aparılması ilə davam etdirilib.