Rusiyada Putin əleyhinə aksiya keçirən 8 nəfər həbs edilib
Rusiyada 2012-ci ildə Vladimir Putin əleyhinə aksiya keçirən 8 nəfər məhkəmə tərəfindən günahkar hesab edilib. Dövlət ittihamçısı onlar barədə 6 il həbs cəzası istəyib. Məhkəmədən isə aktivistlərlə bağlı qərarın fevralın 24-ü veriləcəyi bildirilib.
Məhkəmə qarşısına çıxarılan gənclər polisə müqavimət göstərmək, dövlət əleyhinə şüarlar səsləndirməkdə ittiham olunurlar.
APA TV-nin xəbərinə görə, məhkəmə binası qarşısına toplaşaraq gənclərə dəstək olmaq istəyənlərlə polis arasında qarşıdurma olub. Polis şüarlar səsləndirən 200-ə yaxşın şəxsi saxlayıb.