Frankfurt aeroportunda tətil
Almaniyanın əsas hava limanı sayılan Frankfurt aeroportunda təhlükəsizlik xidməti işçiləri tətilə çıxıb.
APA TV-nin xəbərinə görə, təhlükəsizlik əməkdaşlarının iş yerinə çıxmaması azı 41 hava reysinin təxirə salınmasına təsir göstərib. Hazırda aeroportda insanları və yükləri yoxlayan əməkdaşlar daxil olmaqla təxminən 5 min nəfər çalışır. Tətil səbəbi ilə sərnişinlər uzun növbələrlə üzləşməli olub. İşçilərinin tətil etməsinə səbəb maaşlarından narazı olmalarıdır. Etirazçıların dediyinə görə, aldıqları maaş yerli yaşayış qiymətlərinə uyğun gəlmir. Həmkarlar ittifaqı rəhbərlikdən əmək haqqının 37 faiz artırılmasını tələb edir.
Xatırladaq ki, hazırda Frankfur aeroportunun təhlükəsizlik xidmətinin əməkdaşları saatına 10-13 avro maaş alırlar.