Ukraynada iqtidar-müxalifət SAZİŞİNİN MƏTNİ AÇIQLANDI

Ukrayna prezidenti Viktor Yanukoviç və müxalifət liderləri – Vitali Kliçko, Arseni Yasenyuk və Oleq Tyaqnibok arasında imzalanan sazişin mətni açıqlanıb. Tərəflər razılığa gəlib ki, aksiyaçılar inzibati binaları, küçə və meydanları boşaltmalı, əllərindəki qanunsuz silahları 24 saat ərzində dövlət orqanlarına təhvil verməlidirllər.

APA TV xəbər verir ki, tərəflər silah tətbiqindən imtina edəcəklərini və ölkədə fövqəladə vəziyyətin tətbiq olunmayacağını bildiriblər.

V. Yanukoviç və müxalifət liderləri 2014-cü ilin dekabrından gec olmayaraq, növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə razılığa gəliblər. Seçkiyə qədər ATƏT və Venesiya Komissiyasının tövsiyələrinə uyğun şəkildə proporsional əsasda yeni Mərkəzi Seçki Komissiyası formalaşdırılacaq.

 

Tərəflər 2004-cü ilin Konstitusiyasına qayıtmağa da qərar veriblər.

 

Digər yandan Ukrayna Ali Radasında Yuliya Timoşenkonun azadlığa buraxılması səs qoyulub. Baş nazirin azad edilməsinin lehinə 310 deputat səs verib.

Xatırladaq ki, 2011-ci ildə Yuliya Timoşenko Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham edilərək 7 il azadlıqdan məhrum edilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv