Qubada ağaca çırpılan “VAZ-21 011” İKİYƏ BÖLÜNDÜ
Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunun Quba rayonun Vəlvələçay kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Quba rayonu istiqamətində hərəkətdə olan Xaçmaz rayonu, Xudat şəhər sakini, 33 yaşlı Elşən Ağayev “VAZ-21 011” markalı avtomobildə idarəetməni itirərək yoldan çıxıb. Yol kənarındakı ağaclara çırpılan maşın ikiyə bölünüb. Qəza nəticəsində Elşən Ağayev ağır bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.