Bakıda HANSI YOLLAR ÖDƏNİŞLİ OLACAQ?

"Azərbaycanda ödənişli yolların yaradılması üzrə pilot layihə kimi Bakı Dairəvi Yolu istifadə edilə bilər. Bunun üçün yolun zolaqlarının sayının artırılması və genişləndirilməsi vacibdir".

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov bildirib: "Ölkədə ödənişli avtomobil yollarının yaradılması üçün ilk növbədə alternativ yolların olması lazımdır. Bundan sonra pullu yolların istismarı barədə danışmaq mümkündür".

Cavid Qurbanovun sözlərinə görə, ödənişli yolların yaradılması üçün hüquqi bazanın olması əsas şərtdir. Ölkədə ödənişli yollar haqqında qanun qəbul edilib. Lakin sənədin yerinə yetirilməsi üzrə hazırlıq işləri hələ tam başa çatmayıb. "Azəryolservis ASC"-nın rəhbəri hesab edir ki, dünyada ödənişli yolların yaradılması zamanı bu prosesdə yalnız özəl kapital deyil, dövlətin də qismən iştirakı təcrübəsindən istifadə olunur.

 

Müəllif | Apa.Tv