Ukraynada SPİKER İSTEFA VERDİ
Ukraynanın hakim dairələrində istefalar davam edir. Son məlumata görə, Ali Radanın birinci vitse-spikeri İqor Kaletnik postunu tərk etmək üçün ərizə yazıb. Bunu Ukrayna Ali Radasının növbədənkənar iclasında vitse-spiker Ruslan Koşulinski də təsdiqləyib. APA TV-nin xəbərinə görə, bundan əvvəl isə Ali Radanın spikeri Vladimir Rıbak istefa ərizəsi yazmışdı. O, yazdığı ərizədə sağlamlığının yerində olmamasını səbəb göstərib. Məlumatda qeyd olunur ki, deputatlar spikerin bu addımını səsverməyə qoyub, münasibət bildirəcəklər.
Bu arada ölkə prezidentinin Ali Radadakı daimi nümayəndəsi hakim Regionlar Partiyasından deputat seçilən Yuri Miroşniçenko Yanukoviçin harada olduğunu bilmədiyini deyib. O, bu barədə RBK Ukrayna saytına bildirib: "Məndə prezident Yanukoviçin harda olması barədə heç bir məlumat yoxdur. Müəyyən şayiələr gəzir, əsəblər gərgindir, söz verirəm ki, hər hansı bir informasiya əldə etsəm, mətbuata açıqlama verəcəyəm".