Üç ailənin məskunlaşdığı mənzil yandı

Şəkinin Öryət kəndində yanğın olub. Kənd bələdiyyəsinə məxsus ümumi sahəsi 450 kv/m olan, Nəcəfov Araz Abdulla oğlunun, Tovşanova Məhəmməd  Mərdalı oğlunun və Azalova Nəsibə Zeynulla qızının ailələrinin yaşadığı yataqxana binası yanıb. APA TV-nin xəbərinə görə, hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində 450 kv/m-lik ərazisi olan binanın 120 kv/m-lik  ərazisi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. 2 ailə müəyyən əşyalarını yanğından xilas edə bilsə də, bir ailənin bütün əşya və sənədləri yanaraq külə dönüb. Havanın küləkli olması səbəbindən yanğın binanın ətrafındakı kol-kos sahəsinə də keçib. Yanğın nəticəsində binada yaşayanlardan bir nəfər əl və üzündən yüngül yanıq xəsarəti alıb.

Yanğın baş verən bina sovetlər dövründə kəndin uşaq bağçası olub. Fakla bağlı FHN-nin Şəki rayon DYMX-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov