Bərdədə yaşayış evi yandı
Bərdədə yaşayış evində yanğın baş verib. Hadisə şahidlərinin sözlərinə görə, ot tayasında başlayan yanğın qısa zamanda rayon sakini Ruhiyyə Mehdiyevaya məxsus 3 otaqlı evə keçib. Ruhiyyə Mehdiyevanın evinin yanar konstruksiyaları və evdəki əşyaları tamamilə yanıb. APA TV xəbər verir ki, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənmə və yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Yanğının səbəbləri araşdırılır.