Bakı-Tiflis- Qars dəmiryolunun çəkilişi niyə yubanır?
"Gürcüstanda hakimiyyət dəyişikliyi və struktur islahatları Bakı-Tiflis- Qars dəmir yolu xəttinin çəkilişinin yubanmasına səbəb olub. Buna baxmayaraq, Azərbaycan və Türkiyəni birləşdirəcək layihənin işə salınması 2015-ci ilin ortalarında mümkün olacaq".
APA TV-nin xəbərinə görə, Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov deyir ki, uzunluğu 180 kilometr olan xəttin 100 kilometrlik hissəsinin çəkilişi başa çatıb. 2014-cü ilin sonunda Azərbaycandan Gürcüstanın Türkiyə sərhədinədək sınaq teplovozunun göndərilməsi planlaşdırılır: "Gürcüstan və Türkiyə sərhədində 4,2 kilometrlik dəmir yolunun çəkilişi prosesinin yubanmasına gətirib çıxarıb. Bunun 2,2 kilometri Türkiyənin ərazisinə düşür və Türkiyə ərazisində tunel çəkilişi işlərinin başa çatıb. Lakin Gürcüstan tərəfindən göstərilən obyektiv səbəblər üzündən bu işlərə yaxınlarda başlanılıb və artıq tunelin 70 metri çəkilib".
Dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası saziş əsasında tikilir. Azərbaycan dəmiryolun Gürcustan sahəsinin tikintisi üçün 775 milyon dollar dəyərində kredit ayırıb.