YAĞIŞLAR DAVAM EDƏCƏK

Fevralın 23-də ölkədə hava şəraiti arabir yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən qərb küləyi əsəcək.

Bu barədə APA TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib: "Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olması gözlənilir".

 

Bölgələrdə isə hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək: "Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq".

 

Belə hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. 

Müəllif | Apa.Tv