Mətbuat Şurasında şəhid jurnalistlər yad edildi - ANIM
Azərbaycan Mətbuat Şurasında şəhid jurnalistlərin anım mərasimi keçirilib. Tədbirdə çıxış edən “Ahıl Jurnalistlər” Birliyinin sədri Yusif Kərimov deyib ki, düşmən gülləsinə tuş gələn ilk jurnalistimiz BDU-nun jurnalistika fakültəsinin müəllimi Əliş Nəbiyev olub. Əliş Nəbiyev 20 Yanvar hadisələrində şəhid olub və ilk şəhid jurnalistimiz kimi tarixə düşüb.
APA TV-nin xəbərinə görə, hərbi jurnalist Rey Kərimoğlu təklif edib ki, MŞ-nin nəzdində Müharibə Veteranları Komitəsi yaradılsın. O bildirib ki, bu, hərbi jurnalistlər tərəfindən araşdırmalar aparılması, reportaj və məqalələrin yazılması baxımından olduqca əhəmiyyətlidir.
Sonra tədbir iştirakçıları digər şəhid jurnalistlər – Salatın Əsgərova, Osman Mirzəyev, Alı Mustafayev və Çingiz Mustafayev barədə çıxış edərək onların fəaliyyətini, qəhrəmanlığını, vətəninə və peşəsinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.